AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Çinin daha bir şəhərində "Azərbaycan Ticarət Evi" açılacaq

Azərbaycanın Çin Xalq Respublikasında fəaliyyət göstərən ticarət evlərinin sayı artırılır.

 

Mayın 15-də Çinin Nankin şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi, ölkəmizin Çindəki ticarət nümayəndəliyinin təşkilatçılığı ilə “Azərbaycan Ticarət Evi”nin açılış mərasimi keçiriləcək.

 

Qeyd edək ki, hazırda Azərbaycanın Çinin Çindao, Canciaciye, Sian, Çendu və Pekin şəhərlərində ticarət evləri, Şanxay, Harbin, Cinan və Uhan şəhərlərində 4 ticarət bölməsi, Urumçi və Şanxayda isə 3 şərab evi fəaliyyət göstərir.