Sənəd birgə fəaliyyətin aktivləşdirilməsi və iki ölkənin biznes dairələri arasında işgüzar əməkdaşlığın stimullaşdırılması kimi məsələləri əhatə edir.
Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın 5-ci iclası çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və “Enterprise Greece” Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Sənədi AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və Yunanıstanın xarici işlər nazirinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Konstantinos Fraqkogyannis imzalayıblar.
Anlaşma Memorandumu ixrac və investisiya sahələrində birgə fəaliyyətin aktivləşdirilməsini, hər iki ölkədə investisiya imkanlarının təşviq edilməsini, eləcə də ölkələrin biznes icmaları arasında işgüzar əməkdaşlığın stimullaşdırılmasını nəzərdə tutur.