AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan – BƏƏ işgüzar sessiyası keçirilib

Sessiyada ölkələrimizdə yüksək texnologiyalar, kənd təsərrüfatı, turizm və bərpa olunan enerji sahələrinin ortaq təşəbbüslərlə artımının dəstəklənməsi ətrafında fikir mübadiləsi aparılıb.

Bakıda Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Nazirlərinin Təcrübə Mübadiləsi Forumu çərçivəsində “İqtisadi diversifikasiya və investisiyalar” mövzusunda sessiya keçirilib.

Tədbirdə Azərbaycan tərəfindən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), eləcə də Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) nümayəndələri iştirak ediblər. BƏƏ tərəfi iqtisadiyyat nazirinin müavini Abdulla Əlsaleh, investisiya nazirinin müavini Məhəmməd Əlhavi və maliyyə nazirinin müavini Yunis Əlxuri ilə təmsil olunub.

Tədbirdə ölkələrimizin dayanıqlı və çoxşaxəli iqtisadi artımını təmin etmək məqsədilə Azərbaycan və BƏƏ arasında əməkdaşlıq potensialının səmərəli reallaşdırılması imkanları barədə danışıqlar aparılıb. Sessiyada investisiya iqliminin təkmilləşdirilməsi istiqamətində hər iki ölkədə tətbiq olunan təcrübələr, bərpa olunan enerji, kənd təsərrüfatı və turizm sektorlarında əməkdaşlığın gücləndirilməsi, dövlət-özəl tərəfdaşlığı çərçivəsində birgə fəaliyyət üçün uğurlu modellərinin və potensial sahələrin müəyyənləşdirilməsi məsələləri müzakirə olunub.