AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO "Rebuild Karabakh" sərgisində təmsil olunur

Stenddə Azərbaycanın biznes və investisiya imkanları, ixracatçılara göstərilən dəstək mexanizmləri, investisiya layihələri və s. barədə məlumatlar verilir.

Bakı Ekspo Mərkəzində 4-cü Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" – "Rebuild Karabakh" sərgisi keçirilir. İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO sözügedən sərgidə stend ilə təmsil olunur.

"Made in Azerbaijan" və "Invest in Azerbaijan" hissələrindən ibarət AZPROMO stendində ölkəmizin biznes və investisiya imkanları, ixracatçılara göstərilən dəstək mexanizmləri, investisiya layihələri barədə məlumat verilir, ziyarətçilərə müxtəlif çap materialları təqdim edilir, ixrac məhsullarına dair videoçarxlar nümayiş olunur. Stenddə həmçinin yeni əlaqələrin qurulması məqsədilə görüşlərin keçirilməsi üçün xüsusi yer ayrılıb.

Sərgi 17 oktyabr tarixinədək davam edəcək.

Qeyd edək ki, "Rebuild Karabakh" – Qarabağın bərpasına həsr olunmuş ilk ixtisaslaşmış sərgi olmaqla, bölgənin inkişafına və infrastrukturunun bərpasına dəstək üçün şirkətlərə geniş imkanlar yaradır.