“Ticarət və İnvestisiya Evi” stendlərində ölkəmizin əlverişli işgüzar mühiti və investisiya layihələri barədə məlumat verilir, müxtəlif görüş və tədbirlər keçirilir.
İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı, Ümumdünya Ticarət Təşkilatı, BMT-nin Ticarət və İnkişaf Təşkilatı, Beynəlxalq Ticarət Mərkəzi və Beynəlxalq Ticarət Palatasının tərəfdaşlığı ilə COP29 çərçivəsində Mavi və Yaşıl zonalarda “Ticarət və İnvestisiya Evi” stendləri yaradılıb.
Stendlər olan məkanda İqtisadiyyat Nazirliyi və strukturuna daxil olan qurumların təşkilatçılığı ilə müxtəlif tədbir və görüşlər təşkil edilir, Azərbaycanın işgüzar mühiti, sərmayədarlara göstərilən dəstək mexanizmləri, investisiya layihələri və s. barədə məlumatlar verilir.