AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Avrasiya Təmiz Enerji biznes forumunda iştirak edib.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ABŞ Ticarət Departamenti və ABŞ Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilən Avrasiya Təmiz Enerji biznes forumunda təmsil olunub.
Forumda çıxış edən AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycanda investisiyalar üçün yaradılan əlverişli şəraitdən və investorlara təklif olunan geniş imkanlardan danışıb. Xüsusilə yaşıl enerji və dayanıqlı infrastruktur layihələrində investorlara “bir pəncərə” prinsipi əsasında AZPROMO tərəfindən göstərilən dəstəyin əhəmiyyəti qeyd olunub, Azərbaycanın bərpa olunan enerji sahəsində reallaşdırdığı layihələri diqqətə çatdırıb, eləcə də ölkənin təmiz enerji sahəsində qoyduğu məqsədlər barədə məlumat verilib.