AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan - Ukrayna işgüzar görüşü keçirilib

Noyabr 28-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan - Ukrayna işgüzar görüşü keçirilib.
Tədbirdə hər iki tərəfdən sənaye, tikinti, turizm və s. sahələrdə fəaliyyət göstərən 40-dan çox iş adamı iştirak edib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbərinin müşaviri Nəcmin Həsənli Azərbaycanda xarici investorlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, Azərbaycan və Ukrayna iş adamları arasında əlaqələrin genişləndirilməsi məqsədi ilə təşkil olunan tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb, tədbirdə iştirak edən sahibkarları fəal əməkdaşlığa dəvət edib.
Ukraynanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko Azərbaycan-Ukrayna iqtisadi əlaqələrinin qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığını vurğulayıb, Ukraynanın biznes imkanlarına dair məlumat verib.
Sonra Azərbaycanın və Ukraynanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatlar keçirilib.