Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Yaponiyanın “TET İnternational Development” şirkətinin prezidenti Taro Sawado ilə görüşüb.
Görüşdə qeyri-neft sektorunun müxtəlif sahələrində, xüsusilə kənd təsərrüfatı məhsullarının istehsalı istiqamətində investisiya qoyuluşu imkanları müzakirə olunub.