Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın Budapeştdə keçirilən 7-ci iclası çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələri müvafiq qurumlarla görüşlər keçirib.
Macarıstanın İxracın Təşviqi Agentliyi (HEPA) ilə görüşdə 2019-cu ildə Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü çərçivəsində AZPROMO ilə imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumunun icrası, əlaqələrin genişləndirilməsi və qarşıqılıqlı təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub.
Macarıstanın “Eximbank” ilə görüşdə isə əməkdaşlığın qurulması barədə fikir mübadiləsi aparılıb.