Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.
Səfir Husnan Bey Fananie ölkəsinin Azərbaycanla əlaqələrinin inkişafına önəm verdiyini qeyd edərək, əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə Azərbaycan və İndoneziya arasında qarşılıqlı ixrac və investisiya potensialının artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb