AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO və İtaliyanın K-BEKSPORT SRL” şirkəti əməkdaşlıq edəcək

Fevralın 21-də Azərbaycan Respublikası Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində Romada keçirilən biznes forumda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə İtaliyanın K-BEKSPORT SRL” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumuna əsasən, tərəflər ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi, Azərbaycan və İtaliya şirkətlərinin birgə iştirakı ilə investisiya təşəbbüslərinin dəstəklənməsi, habelə qarşılıqlı təlim proqramları və təcrübə mübadiləsinin təşkil edilməsində əməkdaşlıq edəcəklər.