Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri
vəzifəsini icra edən Yusif Abdullayev MÜSİAD Azərbaycan (Müstakil Sanayici ve
İşadamları Derneği) təşkilatının nümayəndələri ilə görüşüb.
Görüşdə ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, Azərbaycan
məhsullarının xarici ölkələrdə təşviqi və eləcə də, ixrac coğrafiyasının genişləndirilməsi
istiqamətində AZPROMO tərəfindən görülən işlər barədə məlumat verilib, iki qurum
arasında mövcud əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.