ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüş keçirilib
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) birgə təşkilatçılığı ilə videokonfrans formatında görüş keçirilib. Görüşdə AZPROMO-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, ixrac imkanları, ixracın genişləndirilməsi istiqamətində AZPROMO-nun həyata keçirdiyi tədbirlər barədə məlumat verib.