AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO və Rusiya İnvestisiya Agentliyi arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Rusiya İnvestisiya Agentliyi arasında videokonfrans formatında işgüzar görüş keçirilib.

Görüşdə AZPROMO-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, AZPROMO-nun fəaliyyəti, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Rusiya İnvestisiya Agentliyinin vitse-prezidenti Marqarita Vasilyeva biznes dairələri arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün potensialı vurğulayıb, bu cür tədbirlərin əməkdaşlığın inkişafında əhəmiyyətini qeyd edib.

Görüşdə AZPROMO və Rusiya İnvestisiya Agentliyi arasında tərəfdaşlıq, İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyası (WAIPA) çərçivəsində birgə layihələr və s. məsələlər müzakirə olunub.

Qeyd edək ki, AZPROMO və Rusiya İnvestisiya Agentliyi İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının üzvüdür.