Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumlarda tədbirlər keçirilmişdir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), "Azərlotereya" ASC, "Təmiz Şəhər" ASC, "Sumqayıt Kimya Sənaye Parkı" MMC, "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin və Tarif (qiymət) Şurasının Katibliyinin təşkilatçılığı ilə keçirilmiş tədbirlərdə Nazirliyin struktur bölmələrinin rəhbərləri Ümummilli Liderin Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsi, ölkəmizdə ictimai-siyasi sabitliyin yaradılması, davamlı sosial-iqtisadi inkişafın təmin olunması istiqamətində misilsiz xidmətləri barədə məruzələrlə çıxış etmişlər. Çıxış edənlər Ulu Öndərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanın tərəqqisi, beynəlxalq aləmdə nüfuzunun artması, milli iqtisadiyyatın yaradılması, ölkənin iqtisadi potensialının artırılması və sahibkarlığın inkişafı istiqamətində qazanılmış tarixi nailiyyətlər barədə geniş məlumat vermişlər.
Tədbirlər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən sənədli film nümayiş olunmuşdur.