AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycanın biznes və investisiya imkanlarına dair təqdimat keçirilmişdir

Oktyabrın 21-də Rusiyanın Maqnitoqorsk şəhərinin Deputatlar Şurasının sədri Aleksandr Morozovun rəhbərliyi ilə rusiyalı iş adamlarının da daxil olduğu nümayəndə heyəti Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) olmuşdur. Azərbaycanda investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edən AZPROMO-nun rəhbəri Rüfət Məmmədov təqdimatında ölkəmizin qazandığı iqtisadi uğurlar, həyata keçirilən irimiqyaslı regional layihələr, sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, eləcə də AZPROMO-nun yerli və xarici iş adamlarına göstərdiyi dəstək barədə məlumat vermişdir. Azərbaycanın xarici investisiyalar üçün cəlbedici ölkə olduğunu vurğulayan AZPROMO rəhbəri rusiyalı iş adamlarını fəal əməkdaşlığa dəvət etmişdir. Maqnitoqorsk şəhərinin Deputatlar Şurasının sədri Aleksandr Morozov ölkəmizə səfərindən, Azərbaycandakı sosial-iqtisadi inkişafdan məmnunluğunu ifadə etmişdir. Aleksandr Morozov çıxışında Rusiya Federasiyasının digər subyektləri kimi, Maqnitoqorsk şəhərinin də Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu vurğulamış, Maqnitoqorska investisiya qoyuluşu imkanları barədə məlumat vermişdir. Tədbirdə Maqnitoqorsk şəhərinin investisiya və biznes imkanlarına dair film nümayiş olunmuş, iş adamları arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılmış, qonaqları maraqlandıran suallar cavablandırılmışdır.