AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Qazaxıstanın kənd təsərrüfatı və qida məhsulları bazarına dair təqdimat keçirilmişdir

İyunun 30-da Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Qazaxıstanın kənd təsərrüfatı və qida məhsulları bazarına dair təqdimat keçirilmişdir. Tədbirdə kənd təsərrüfatı və qida sənayesində fəaliyyət göstərən 30-a yaxın yerli şirkətin nümayəndəsi iştirak etmişdir.
Tədbirdə AZPROMO-nun vitse-prezidenti Vidadi Quliyev çıxış edərək yerli ixracatçıların xarici bazarlara çıxışı üçün tətbiq olunan prosedurlar, ixrac məhsullarına dair standartlar, logistika və digər məsələlər üzrə maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətini qeyd etmiş, AZPROMO-nun bu sahədə gördüyü işlər barədə məlumat vermişdir.
AZPROMO-nun Biznes Məlumat Mərkəzinin direktoru Anar Qasımlı Qazaxıstanın qida məhsulları bazarındakı mövcud vəziyyəti, qiymətlər, məhsulların paylama mexanizmi, Azərbaycan məhsullarının idxalında maraqlı olan supermarket şəbəkələri, gömrük prosedurları, sertifikatlaşdırma, Qazaxıstanda keçiriləcək sərgilər və s. mövzuları əhatə edən təqdimatla çıxış etmişdir.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.