AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

“İxraca hazır ol!” çərçivəsində əməkdaşlıq forumu keçirilmişdir.

1 avqust tarixində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) Bakı Biznes Mərkəzində “İxraca Hazır Ol” layihəsi çərçivəsində Əməkdaşlıq Forumu keçirmişdir. Forumda müxtəlif yerli şirkətləri təmsil edən nümayəndələr və sahibkarlar iştirak etmişdir.
Tədbir zamanı layihə çərçivəsində daha öncə keçirilən iki təlimin (“İxracat və Marketinq” və “İxrac prosedurları və qanunvericilik”) ümumi dəyərləndirilməsi aparılmış, təlimlərin iştirakçıları layihə barəsində öz fikir və təkliflərini bildirmişlər. Görüş zamanı layihənin daha faydalı olması üçün əməkdaşlıq platformasının yaradılması da müzakirə olunmuşdur.