AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının iclası keçirilib

Yanvarın 25-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunnun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının iclası keçirilib. Nar istehsalçıları və ixracatçılarının iştirak etdiyi iclasda nar istehsalının və ixracının artırılması, xarici bazarlara daha geniş həcmdə çıxarılması və xarici ölkələrdə keçirilən sərgi və ixrac missiyalarında əldə edilən nəticələr müzakirə olunub.
Assosiasiyanın sədri Fərhad Qaraşov 2017-ci il ərzində nar istehsalı və ixracının artırılması istiqamətində görülmüş işlərdən bəhs edib, nar istehsalçılarının iştirak etdiyi sərgi və ixrac missiyalarında əldə edilmiş nəticələri diqqətə çatdırıb.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ölkəmizdə istehsal edilən kənd təsərrüfatı məhsulları arasında nar və nardan hazırlanan məhsulların ixrac bazarları barədə məlumat verib, nar istehsalçılarını “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunan ixrac missiyalarında, beynəlxalq sərgi və yarmarkalarda iştirak etdiyini və uğurlu nəticələr qazanıldığını bildirib.
İclasda təşkilati məsələlər müzakirə olunub, sahibkarların sualları cavablandırılıb.