Martın 28-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan Arıçılar Assosiasiyasının III ümumrespublika yığıncağı keçirilib.
Assosiasiyanın sədri Bədrəddin Həsrətov 2017-ci il ərzində bal istehsalı və ixracının artırılması, məhsulların xarici bazarlara daha geniş həcmdə çıxarılması istiqamətində görülmüş işlər barədə məlumat verib.
AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində arıçılıq məhsullarının beynəlxalq sərgilərdə təbliği və arıçılıq məhsullarının ixracının genişləndirilməsi məqsədilə AZPROMO tərəfindən sahibkarlara verilən dəstək tədbirlərindən danışıb.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Qalib Əbdüləliyev arıçılığın intensiv metodlarla inkişaf etdirilməsi, habelə ixracın artırılması məqsədilə arıçılara subsidiyaların veriləcəyini qeyd edib arıçıların suallarını cavablandırıb.
Sonda təşkilati məsələlər müzakirə olunub