AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

İxrac təşviqi ilə bağlı maariflənləndirmə tədbiri keçirilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2018-ci il qərarına əsasən, “İxrac təşviqinin ödənilməsi Qaydası”na dəyişikliklər edilib və ixrac təşviqi şamil olunan qeyri-neft məhsullarının sayı artırılıb. Belə ki, artıq Azərbaycandan ixrac edilən yumurta, qabığı təmizlənmiş meşə fındığı, zeytun yağı və meyvə çaxırlarına (üzüm çaxırı istisna olmaqla) da ixrac təşviqi mexanizminin tətbiq edildiyi məhsulların siyahısına daxil edilib.
Bununla əlaqədar olaraq, sahibkarların məlumatlandırılması məqsədi ilə Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə keçirilən tədbirdə 40-a yaxın sahibkar iştirak edib.
AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev özəl bölmənin inkişafına göstərilən dövlət dəstəyi tədbirləri barədə məlumat verib, ixrac təşviqinin ödənilməsi mexanizminin tətbiq edildiyi məhsulların sayının artırılmasının sahibkarlar üçün əlavə imkanlar yaratdığını vurğulayıb, ixracatçıları yaradılmış əlverişli şəraitdən yararlanmağa dəvət edib.
Sonra AZPROMO-nun əməkdaşları “İxrac təşviqinin ödənilməsi Qaydası”na dəyişikliklər barədə təqdimatlarla çıxış edib, sahibkarların suallarını cavablandırıblar.
Qeyd : İndiyədək sahibkarlara 5.3 mln manat, bu ilin 6 ayında isə 2.2 mln manat ixrac təşviqi ödənilib.