AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Arıçılar Assosiasiyasının üzvləri ilə görüş keçirilib

Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İxracatçılar Klubunun növbəti iclası çərçivəsində Azərbaycanda Arıçılar Assosiasiyasının üzvləri ilə görüş keçirilib.
İxracatçılar Klubunun icraçı direktoru Zöhrab Qədirov yerli məhsullarının istehsalı və ixracının artırılması, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində reallaşdırılan tədbirlər barədə məlumat verib, iş adamlarını öz məhsullarının xarici bazarlarda tanıdılması məqsədi ilə “Made in Azerbaijan” brendinin təşviqi mexanizmlərindən yararlanmağa çağırıb.
Klub çərçivəsində sahibkarlar üçün yaradılan imkanları diqqətə çatdıran Zöhrab Qədirov ixaracatçı şirkətləri kluba üzv olmağa dəvət edib.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.