İyunun 25-də Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə AZPROMO-nun ABŞ-dakı nümayəndəsi tərəfindən Azərbaycanda fəaliyyət göstərən və ixrac potensiallı məhsul istehsal edən şirkətlər üçün "Azərbaycan məhsullarının ABŞ bazarına ixracı imkanları" mövzusunda seminar keçirilmişdir.
Tədbirdə ABŞ bazarının imkanları və perspektivlərinə dair təqdimat keçirilmiş, Azərbaycan istehsalı olan rəqabətqabiliyyətli məhsulların ABŞ bazarına ixracı zamanı tələb olunan sənədlər, ixrac prosedurları haqqında məlumat verilmiş və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.