Zaqatala şəhərində meyvə və fındıq emalı və ixracı ilə məşğul olan şirkətlər üçün “Bazar Tədqiqatları” üzrə treninq keçirilmişdir
10-11 iyul 2013-cü il tarixlərində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə Zaqatala şəhərində meyvə və fındıq emalı və ixracı ilə məşğul olan şirkətlər üçün "Bazar Tədqiqatları" üzrə treninq keçirilmişdir.
Treninq fındıq üçün dünya bazarı: meyllər və inkişaf, ixrac prosesində bazar tədqiqatlarının əhəmiyyəti, müştərilərin müəyyən edilməsi və onlarla biznes ələqələrinin yaradılması, beynəlxalq ticarətdə vasitəçilərin rolu kimi mövzuları əhatə etmişdir.
10-a yaxın yerli şirkətin iştirak etdiyi treninq Böyuk Britaniya və Şimali İrlandiyanın mütəxəssisləri tərəfindən aparılmış və sonda iştirkaçılara sertifikatlar təqdim olumuşdur.