AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

İxracatçı şirkətlər üçün “Bazar Tədqiqatları” mövzusunda seminar keçirilmişdir

İyulun 16-da Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə Azərbaycanın ixracatçı şirkətləri üçün “Bazar Tədqiqatları” mövzusunda seminar təşkil olunmuşdur.

Seminarda emal olunmuş meyvənin (fındıq, meyvə şirələri, mürəbbə və s.) ABŞ, Avropa İttifaqı və Rusiya bazarlarına ixracı, bu istiqamətdə bazar tədqiqatlarının  aparılması, yeni bazarların müəyyən edilməsi və onlarla biznes əlaqələrinin yaradılması mövzularında təqdimatlar keçirilmişdir.

Təqdimatlar Böyük Britaniya, Şimali İrlandiya və ABŞ-dan dəvət olunmuş mütəxəssislər tərəfindən aparılmış, iştirkaçılara sertifikatlar təqdim olunmuşdur.

Qeyd edək ki, bundan əvvəl bu mövzuda seminar 10-11 iyul tarixlərində Zaqatalada keçirilmişdir.