AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

İxracatçılar üçün təlim keçirilmişdir

Dekabrın  20-də Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Çin Xalq Respublikasının şərab bazarına dair təlim keçirilmişdir. Yerli şərab ixracatçıları üçün Çinin şərab bazarına dair aparılan araşdırma əsasında keçirilmiş təlimdə ixracatçı şirkətlər iştirak etmişdir.
Tədbirdə çıxış edən AZPROMO-nun vitse-prezidenti Vidadi Quliyev yerli ixracatçıların potensial xarici bazarlara çıxışı üçün ixrac zamanı tətbiq olunan prosedurlar, ixrac məhsullarına dair standartlar, beynəlxalq ticarətdə müqavilə hüququ, logistika və digər məsələlər üzrə maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətini qeyd etmiş, AZPROMO-nun bu sahədə gördüyü işlər barədə məlumat vermişdir.
Təlim çərçivəsində AZPROMO-nun Biznes Məlumat Mərkəzinin direktoru Anar Qasımlı Çinin idxal-ixrac prosedurları barədə yerli şərab ixracatçılarını məlumatlandırmış, onları maraqlandıran sualları cavablandırmışdır.
Tədbir çərçivəsində şirkətlərə “Çin Xalq Respublikasının şərab bazarı”na dair  kitabça və disklər də paylanmışdır