AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

“İxraca hazır ol!” çərçivəsində növbəti təlim keçirilib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə təşəbbüsü olan “İxraca hazır ol!” layihəsi çərçivəsində təlimlərin keçirilməsi davam edir.
İyulun 25-də Bakı Biznes Mərkəzində təşkil olunmuş “İxrac prosedurları və qanunvericilik” adlı növbəti təlim proqramında sahibkarlar, iş adamları və istehsalçılar iştirak ediblər.
Təlimdə iştirakçılara ixrac zamanı tələb olunan sənədlər və onların alınma prosedurları, gömrük rejimləri, məhsulun gömrük kodunun müəyyən edilməsi, ixrac gömrük rüsumunun hesablanması qaydaları və GSP (GSP+) barədə məlumat verilib.
Treninqdə, İqtisadiyyat Nazirliyinin, eləcə də Nazirliyin İstehlak Mallarının Ekspertizası Mərkəzinin, Gömrük Nəzarəti Təşkili Baş İdarəsinin nümayəndələri təqdimatlarla çıxış ediblər.
Qeyd edək ki, “İxraca hazır ol!” layihəsi çərçivəsində bu ilin may ayında keçirilən ilk təlimdə sahibkarlara  biznes və marketinq planın təşkili, bazar araşdırmalarının aparılması, xarici bazarlara çıxış və digər mövzular üzrə ətraflı məlumat  verilmişdi.