AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

“İxraca hazır ol!” çərçivəsində növbəti təlim keçirilib

Oktyabrın 12-də Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə “İxraca Hazır Ol” layihəsi çərçivəsində “Sertifikatlaşdırma və etiketləmə” mövzusunda təlim keçirilib.
Təlimdə iştirak edən 15 sahibkara beynəlxalq sertifikatlaşdırma və standartlaşdırma ekspertləri tərəfindən  ISO 9001, HACCP, ISO 22000, BRC, EAC sertifikatlaşdırma sisteminin əsas prinsipləri, Avropa Birliyində qablaşdırma və etiketlənməyə aid olan tələblər haqqında ətraflı məlumat verilib.
Təlim praktiki tapşırıqlar və müzakirələrlə başa çatıb.