Yanvarın 19-26 tarixlərində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə “İxraca hazır ol” layihəsi çərçivəsində kiçik və orta sahibkarlar üçün Almaniyaya təlim səfəri təşkil olunub. 13 şirkətin nümayəndəsindən ibarət olan heyət Almaniyanın Berlin, Frankfurt və Ştutqart şəhərlərində olub.
Səfər çərçivəsində təlim iştirakçıları Almaniyanın Berlin şəhərində keçirilən "Beynəlxalq Yaşıl Həftə 2017" sərgisini ziyarət ediblər, Almaniyanın “Frischezentrum Frankfurt”, “Grundhöfer-Fruit&Vegetables”, “Elm Biomanufaktor”, “Hüttenthal Dairy”, “Dottenfelder Hof” və digər iri şirkətlərində görüşlər keçirib, istehsal prosesi ilə tanış olublar. Təlim iştirakçıları, həmçinin Frankfurtda Avropanın ən böyük logistika mərkəzini ziyarət ediblər.
Təlimdə iştirak edən sahibkarlara sertifikatlar təqdim olunub.