AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sahibkarlar üçün seminar keçirilib

Naxçıvan Muxtar Respublikasında İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə ixrac təşviqinin geri ödənilməsi və "Made in Azerbaijan" brendinin təşviqi ilə bağlı seminar keçirilib.
70-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev ixracın stimullaşdırılması tədbirləri, bu sahədə həyata keçirilən islahatlar, Azərbaycan mənşəli qeyri-neft məhsullarını ixrac edən sahibkarlara ixrac təşviqinin ödənilməsi mexanizmi barədə məlumat verib, ixracatçıları yaradılmış əlverişli şəraitdən yararlanmağa dəvət edib.
Sonra AZPROMO-nun İxracın Təşviqi Departamentinin direktoru Fuad Cəfərov qeyri-neft məhsullarının ixracatçılarına ixrac təşviqinin geri ödənilməsi proseduru, müraciət qaydaları və tələb olunan sənədlər barədə təqdimatla çıxış edib.
Seminarda sahibkarları maraqlandıran suallar cavablandırılıb.