AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

IPO, Korporativ idarəetmə və listinq mövzusunda biznes seminar keçirilmişdir

11 iyul 2018-ci il tarixində Bakı Fond Birjasının (BFB) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birlikdə Bakı Biznes Mərkəzində “IPO, Korporativ idarəetmə və listinq” mövzusunda biznes seminar keçirilmişdir.
Tədbirə İlkin Kütləvi Təklif (İPO) və onun üstünlükləri, kütləvi təklif prosesinin idarə edilməsi, investorlar və tərəf müqabilləri ilə kommunikasiyanın təşkili, İPO üçün şirkətin müsbət nüfuzunun formalaşdırılması, BFB-nin Listinq Məsləhət Proqramı, yerli kapital bazarları vasitəsi ilə effektiv maliyyələşmə imkanları və s. mövzusunda təqdimatlar edilmişdir.
Tədbir zamanı BFB-nin Listinq Məsləhət Proqramının tərəfdaşları İngiltərənin Finsburry LTD şirkəti, PWC Azərbaycan, o cümlədən Bakı Fond Birjasının nümayəndələri çıxış etmişlər. Həmçinin, BFB-nin Listinq Məsləhət Proqramı çərçivəsində özünün ilk istiqraz buraxılışını həyata keçirmiş Metak MMC şirkəti yerli kapital bazarları vasitəsi ilə effektiv maliyyələşmə sahəsində özünün uğur hekayəsi barədə məlumat vermişdir.
Biznes seminarda 100-ə yaxın maliyyə, kənd təsərrüfatı, sənaye, istehsalat, təhsil və s. sahələri üzrə fəaliyyət şirkət və müəssisələr, o cümlədən “start up”-lar iştirak etmişlər.
Sual-cavab sessiyası zamanı iştirakçıları maraqlandıran sullar geniş müzakirə edilmişdir. Sonda tədbir iştirakçılar arasında B2B görüşlərlə davam etmişdir.Tədbirin məqsədi kapital bazarları vasitəsi ilə maliyyələşmənin təşviqi, bu sahədə zəruri biliklərin formalaşdırılması, eyni zamanda potensial investorlar, şirkətlər və vasitəçi qurumlar arasında dialoqun qurulmasıdır.
BFB Listinq Məsləhət Proqramı çərçivəsində Kapital bazarından maliyyələşmənin təşviqi və investisiyanın cəlb edilməsi istiqamətində fəaliyyətini davam etdirir.