AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO-da seminar təşkil edilib

Sentyabrın 11-də Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə istehsalçı və ixracatçılar assosiasiyaları üçün “Kiçik və orta sahibkarların ixrac imkanlarının yüksəldilməsi məqsədi ilə assosiasiyaların fəaliyyətinin gücləndilməsi” mövzusunda seminar keçirilib.
Seminarda kənd təsərrüfatı və qida sənayesində fəaliyyət göstərən 20-dən çox şirkətin nümayəndəsi iştirak edib. Tədbirdə Azərbaycan məhsullarının xarici bazarlara ixracı, bu istiqamətdə bazar araşdırmalarının aparılması, yeni bazarların müəyyən edilməsi və onlarla biznes əlaqələrinin yaradılması mövzularında təqdimatlar keçirilib.
Təqdimatlar yerli mütəxəssislərlə yanaşı, Almaniya və Latviyadan dəvət olunmuş mütəxəssislər tərəfindən aparılıb.