Sentyabrın 24-də Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestesiyiların Təşviqi Fondunun (AZPROMO) və Beynəlxalq Ticarət Mərkəzinin (ITC) təşkilatçılığı ilə "Sərgidə iştirak: düzgün hazırlaşma, iştirak və sonradan izləmə nəticəsində daha yaxşı nəaliyyətlərin əldə edilməsi" mövzusunda təlim təşkil edilib.
Tədbirdə kənd təsərrüfatı və qida sənayesində fəaliyyət göstərən 15 şirkətin nümayəndəsi iştirak edib. Təlimdə sərgiyə düzgün hazırlaşma, sərgidən sonra qarşı tərəflə düzgün əlaqələrin qurulması və həmin əlaqələrin davam etdirilməsi mövzusunda təqdimatlar keçirilib.