15 aprel tarixində Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə xarici ticarət fəaliyyətinin iştirakçıları arasında “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi prosedurlarının asanlaşdırılması: “Yaşıl dəhliz” mexanizminin xüsusiyyətləri və gömrük ödəniş sistemlərinin elektronlaşdırılması” mövzusunda seminar keçirilib.
Seminarda qeyri-neft sektorunun müxtəlif sahələrində fəaliyyət göstərən 30-dan çox sahibkar iştirak edib.
Tədbirdə Dövlət Gömrük Komitəsi tərəfindən “Yaşıl dəhliz mexanizminin xüsusiyyətləri” mövzusunda təqdimat keçirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.