Aprelin 15-də Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təşkilatçılığı ilə kənd təsərrüfatı mallarının istehsalı və ixracında standartların və sertifikatların rolu mövzusunda təlim keçirilib.
Tədbirdə kənd təsərrüfatı və qida məhsulları istehsalı ilə məşğul olan 30 sahibkar iştirak edib.
Təlim çərçivəsində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) eksperti məhsulların ixracında standartlar və sertifikatlaşma mövzusunda təqdimatla çıxış edib.