AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sahibkarlar üçün növbəti seminar təşkil olunub

May ayının 1-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Avropa İttifaqının Azərbaycan nümayəndəliyi və Beynəlxalq Ticarət Mərkəzinin təşkilatçılığı ilə “İxracda keyfiyyətin idarə olunması” mövzusunda interaktiv seminar təşkil olunub.
Seminarda kənd təsərrüfatı, qida, sənaye və tikinti məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 40-dan çox sahibkar iştirak edib.
Tədbirdə ixrac zamanı keyfiyyətin tənzimlənməsində yeni texnologiyaların tətbiqi istiqamətində xarici ekspertlər tərəfindən təqdimatlar keçirilib, iştirakçıların sualları cavablandırılıb.