AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac həcmi 13.48% artıb

 

2013-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə  ixracın həcmi 2012-ci ilin anoloji dövrü ilə müqayisədə 13,48 faiz artmışdır.

Bu dövr ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 17.144,52 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 5.174,47 mln. ABŞ dolları, ixracın həcmi isə 11.970,05 mln. ABŞ dolları təşkil etmişdir. 2013-cü ilin altı ayı ərzində  Azərbaycan 137 ölkə ilə ticarət sahəsində qarşılıqlı əməkdaşlıq etmiş və xarici ticarət saldosu müsbət 6.795,58 mln. ABŞ dolları olmuşdur.

 Bu dövr ərzində Azərbaycanın ixrac üzrə əsas tərəfdaşları İtaliya (2 864,00 mln. ABŞ dolları), İndoneziya (1 316,87 mln. ABŞ dolları), Tailand (1 117,34 mln. ABŞ dolları), Almaniya (829,28 mln. ABŞ dolları ), Rusiya (636,97 mln. ABŞ dolları),   Hindistan (630,20 mln. ABŞ dolları), Fransa (588,78 mln. ABŞ dolları), Tayvan (467,31 mln. ABŞ dolları), İsrail (417,65 mln. ABŞ dolları ) və Yunanıstandır (378,56 mln. ABŞ dolları). İdxal üzrə isə əsas tərəfdaşlar Rusiya (745,58 mln. ABŞ dolları), Türkiyə (711,40 mln. ABŞ dolları), Böyük Britaniya (510,96 mln. ABŞ dolları), Almaniya (349,81 mln. ABŞ dolları), Fransa (342,05 mln. ABŞ dolları), Çin (317,55 mln. ABŞ dolları), Ukrayna (293,84 mln. ABŞ dolları), Yaponiya (186,02 mln. ABŞ dolları), ABŞ (184,13 mln. ABŞ dolları) və Qazaxıstandır (152,59 mln. ABŞ dolları). 

Qeyri-neft ixracının 46,56 mln. ABŞ dollarını gəmilər, qayıqlar və üzən konstruksiyalar təşkil etmişdir. Bunlardan başqa ən çox ixrac olunan qeyri-neft məhsulları şəkər və şəkərdən hazırlanan məmulatlar, bitki və heyvan mənşəli yağlar; spirtli və spirtsiz içkilər; meyvə-tərəvəz; tərəvəz, meyvə, qoz-fındıq və bitkilərin emalı məhsulları; çay; pambıq; digər hazır toxunma məmulatları; qiymətli daşlar və metallar; qara metallar və onlardan hazırlanan məmulatlar; alüminium və ondan hazırlanan məmulatlar; kimya sənayesi məhsulları; elektrik maşınları və avadanlıqları; qazanlar, avadanlıqlar və texniki qurğular olmuşlar.

Mənbə: Dövlət Statistika Komitəsi