AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycanın qeyri-neft sektorunda ÜDM 10,9 % artıb

2013-cü ilin ilin birinci yarısında Azərbaycanda istehsal edilmiş ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 % artaraq 27,2 mlrd. manata çatıb. Qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,9 %  artıb. ÜDM-in 45,7 faizi neft-qaz sektorunun payına düşüb və əvvəlki ilə nisbətən 0,7 % azalıb.

ÜDM-in 63,9 faizi istehsal sahələrində, o cümlədən 48,6 faizi sənayedə, 10,9 faizi tikintidə, 4,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub, 29,6 faizi isə xidmət sahələrinin payına düşüb.

1 iyul 2013-cü il tarixinə olan məlumata əsasən, ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 3,7 % artaraq 2936,3 manat və ya 3741,9 ABŞ dolları təşkil edib.

Mənbə: Dövlət Statistika Komitəsi