AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan Aktauda Logistik Mərkəz inşa edəcək

Avqustun 14-də Bakı Biznes Mərkəzində Azərbaycan və Qazaxıstan arasında "Aktau - İstehsal və Logistika Mərkəzi" layihəsi üzrə Anlaşma Memorandumu imzalanmışdır. Sənəd Azərbaycan tərəfindən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və "Azərsun Holdinq", Qazaxıstan tərəfindən isə bu ölkənin "Morport Aktau" Xüsusi İqtisadi Zonası Səhmdar Cəmiyyəti tərəfindən imzalanmışdır.
Memoranduma uyğun olaraq, Qazaxıstanın "Morport Aktau" Xüsusi İqtisadi Zonasında Logistik Mərkəzin tikintisi həyata keçiriləcəkdir. "Azərsun Holdinq" tərəfindən reallaşdırılacaq layihəyə AZPROMO tərəfindən hər cür dəstək göstəriləcəkdir. Logistik Mərkəz regionun tranzit və ixrac imkanlarının genişləndirilməsinə, hər iki ölkənin qeyri-neft sektorunun inkişafına öz töhfəsini verəcəkdir. Bu investisiya layihəsi Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticarət əlaqələrinin, Azərbaycan istehsalı olan məhsulların ixrac coğrafiyasının daha da genişləndirilməsi, regionda nəqliyyat infrastrukturunun inkişafı və beynəlxalq yük daşımalarının artımı baxımından əhəmiyyətli olacaqdır