AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan Qlobal Rəqabətlilik Reytinqində 39-cu yerə yüksəlib

Dünya İqtisadi Forumunun 2013-2014-cü illər üçün Qlobal Rəqabətlilik Hesabatına (The Global Competitiveness Report) əsasən Azərbaycan 7 pillə yüksəlib.

Qlobal Rəqabətlilik İndeksinə (Global Competitiveness Index) görə qiymətləndirilməsi aparılan 148 ölkə arasında Azərbaycan 39-cu pillədə yer tutub və ötən ilə nisbətən mövqeyini 7 bənd yaxşılaşdırıb.

 Azərbaycan Rəqabətlilik İndeksinə gore  Qazaxıstan (50-ci), Rusiya (64-cü), Gürcüstan (72-ci), Ermənistan (79-cu), Ukrayna (84-cü), Moldova (89-cü) və Qırğızıstan (121-ci) ölkələrini geridə qoyaraq MDB məkanında 5-ci ildir ki 1-ci yeri tutur.