AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır

Aprelin 18-də Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), "Qarabağ Taxıl" MMC, Krasnodar Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutu və "Kubanzerno" Tədqiqat və İstehsalat Birliyi arasında Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.   
Anlaşma Memorandumuna əsasən tərəflər perspektivli toxum sortlarının sınaqdan keçirilməsi və əkilməsi sahəsində əməkdaşlıq edəcək, birgə məsləhətləşmə və seminarlar keçirəcək, eləcə də elmi-texniki və kommersiya əlaqələri yaradacaqlar.