Martın 16-da Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə (AZPROMO) Pakistanın Ticarət və Sənaye Palatalarının Konfederasiyası (FPCCI) arasında Birgə Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.
Sənəddə Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında iqtisadi əməkdaşlığın inkişafı üçün qarşılıqlı əməkdaşlıq, müntəzəm olaraq iqtisadi, ticarət və biznesə dair məlumatlar və sahibkarların dəstəklənməsi sahəsində görülən işlərlə bağlı təcrübə mübadiləsi, hər iki ölkənin sahibkarları arasında mövcud əlaqələrin genişləndirilməsi və yeni əlaqələrin yaradılması və s. məsələlər nəzərdə tutulub.