AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO və ZOODEL anlaşma memorandumu imzalayıb

Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “İpək Yolu ölkələrinə Azərbaycanın ixrac potensialı” mövzusunda təqdimat keçirilib. Tədbirdə kənd təsərrüfat, qida sənayesi, tikinti, əzcazçılıq, İKT və digər sahələrdə fəaliyyət göstərən 30-a qədər yerli şirkətin nümayəndəsi iştirak edib.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən tədbirlər, özəl sektorun inkişafının stimullaşdırılması, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib.

ZOODEL beynəlxalq elektron ticarət portalının MDB ölkələri üzrə direktoru Sardor Məhəmmədəli portalın fəaliyyətinə dair təqdimatla çıxış edib.

Tədbirdə AZPROMO ilə ZOODEL arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Qeyd: Portal istifadəçilərinə ixracın inkişafına dair təlimlər və konfranslarda iştirakı, məhsulun portalda 6 dildə təqdim olunmasını, 15 ölkədə keçirilən tenderlər barədə məlumatları təklif edir. Həmçinin istifadəçilər barədə mütəmadi olaraq xüsusi kataloqlar hazırlanır və beynəlxalq tədbirlərdə yayılır. ZOODEL Azərbaycan sahibkarlarına 6 ay portaldan ödənişsiz istifadə etməyi təklif edir.