ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

İnvestisiya təşviqi sənədinin alınmasında maraqlı olan sahibkarlıq subyektləri Bakı şəhərində 18-19 oktyabr tarixlərində saat 14-00-da keçiriləcək təlim və maarifləndirmə tədbirinə dəvət olunurlar. Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir.

İnvestisiya təşviqi sənədinin alınmasında maraqlı olan sahibkarlıq subyektləri Bakı şəhərində 18-19 oktyabr tarixlərində saat 14-00-da keçiriləcək təlim və maarifləndirmə tədbirinə dəvət olunurlar.

İnvestisiya təşviqi sənədi - sahibkarlara Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir.

Bu tədbirlər 20 oktyabrdan 7 noyabr tarixinədək Respublikanın bütün regionlarını əhatə etməklə davam etdiriləcəkdir. 

Təlim və maarifləndirmə proqramının mövzuları aşağıdakı istiqamətləri əhatə edəcək:
1.    İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası
2.    İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası
3.    İnvestisya təşviqi sənədinin alınması üçün hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən investisiya layihəsinin (biznes planın) tərtib edilməsinə dair Metodiki Tövsiyələr
4.    İnvestisiya təşviqi ilə bağlı sahibkarlıq subyektləri tərəfindən təqdim məlumatların qiymətləndirilməsinə dair Metodiki Təlimat

Tədbir İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzində keçiriləcək. Ünvan: Bakı şəhəri, A.M. Şərifzadə küçəsi 172, “İnşaatçılar” metro stansiyasının yaxınlığında, (Sahibkarlığa Kömək Milli Fondunun binası).

Maraqlı olan şəxslərdən tədbirdə iştiraklarını 17 oktyabr saat 13-00-a kimi təsdiq etmələri xahiş olunur.

Əlaqə tel: (012)493-37-63 (daxili 125); (050)210-65-32 Fərid Əmirov