İxracın şaxələndirilməsi, ixrac potensialının artırılması, satış üçün yeni bazarların araşdırılması istiqamətində dövlət başçısının tapşırıqlarından irəli gələn vəzifələrin icrası məqsədilə İqtisadiyyat Nazirliyinin müvafiq qurumları - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq çərçivəsində tədbirləri davam etdirirlər.
Kənd təsərrüfatı məhsulları ixracında xüsusi çəkisi olan pomidorun xarici bazarlara çıxarılmasına dəstəyin göstərilməsi məqsədilə bu sahədə fəaliyyət göstərən və ixracda maraqlı olan sahibkarların AZPROMO-ya müraciət etməsi tövsiyə olunur.
Əlaqələndirici şəxs:
Malik Səlimxanov
Telefon: +994 70 710 91 51
E-mail: malik.salimkhanov@azpromo.az