AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

​“Şərq Tərəfdaşlığı Biznes Günləri” tədbiri keçirilib

Avropa İttifaqı Şurasına Almaniyanın sədrliyi çərçivəsində “Şərq Tərəfdaşlığı: Biznes Günləri” mövzusunda onlayn görüş keçirilib.
Görüşdə Azərbaycanın Avropa dəyər zəncirlərinə inteqrasiyasının gücləndirilməsi məsələsi müzakirə olunub.
İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Azərbaycanda həyata keçirilən sistemli və ardıcıl islahatlar nəticəsində yaradılmış əlverişli biznes və investisiya mühiti, xarici investisiyaların təşviqi sahəsində görülən işlər və s. barədə məlumat verib, Koronavirus (COVİD-19) pandemiyasının mənfi təsirlərini qeyd edən nazir müavini vurğulayıb ki, insanların sağlamlığının qorunması ilə yanaşı, pandemiyanın milli iqtisadiyyata təsirlərinin azaldılması məqsədilə müvafiq Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına əsasən, zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və muzdlu işçilərə maliyyə dəstəyinin göstərilməsi, iş yerlərinin qorunması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilir.
Tədbirdə çıxış edən Azərbaycanın Almaniyadakı Fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov qeyd edib ki, Azərbaycan-Almaniya iqtisadi-ticarət əlaqələri inkişaf edir, qarşılıqlı investisiya əməkdaşlığı həyata keçirilir. Diqqətə çatdırıb ki, iki ölkə arasında ticarət, investisiya, turizm və s. sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur.
AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində AZPROMO tərəfindən görülən işlər diqqətə çatdırıb.
Sonda iş adamları arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi imkanları barədə müzakirələr aparılıb, suallar cavablandırılıb.