AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

WAIPA çərçivəsində görüş keçirilib

İnvestisiyanın Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı ilə "Mərkəzi Asiya bölgəsinin təşviqi üzrə birgə fəaliyyətin gücləndirilməsi" mövzusunda üzv qurumlarla onlayn görüş keçirilib.

Tədbirdə çıxış edən WAIPA-nın prezidenti Fahad Al Gergawi WAIPA çərçivəsində investisiyaların cəlb edilməsi istiqamətində nəzərdə tutulan tədbirlər barədə məlumat verib.
WAIPA-nın icraçı direktoru Bostjan Skalar qurumun fəaliyyəti, pandemiya dövründə görülən tədbirlər, investisiya potensialının artırılması təqdimatla çıxış edib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev AZPROMO-nun fəaliyyəti barədə məlumat verib, AZPROMO ilə WAIPA arasında əlaqələr və əməkdaşlığın genişləndirilməsi, investisiya qoyuluşunu stimullaşdırmaq üçün birgə səylər ilə bağlı fikirlərini bildirib.
Görüş çərçivəsində iş adamları arasında əlaqələrin dücləndirilməsinə dair fikir mübadiləsi aparılıb, tədbir iştirakçıkarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, İnvestisiyanın Təşviqi Agentliklərinin Dünya Assosiasiyası (WAIPA) 1995-ci ildə təsis olunub. AZPROMO 2010-cu ildən WAIPA-nın üzvdür və hazırda Mərkəzi Asiya üzrə bölgə direktoru statusuna malikdir.