AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Avstriya-Azərbaycan Ticarət Palatası ilə onlayn görüş keçirilib

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Avstriya-Azərbaycan Ticarət Palatası (ATAZ) arasında onlayn görüş keçirilib.

Görüşdə ATAZ-ın prezidenti Qerald Qerstbauer, Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov çıxış edərək Avstriya və Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini vurğulayıb, iqtisadi əlaqələrin inkişaf istiqamətləri barədə fikirlərini bölüşüblər.

İşgüzar görüşdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) İnvestisiyaların təşviqi departamentinin rəhbəri Zöhrab Qədirov “Azərbaycanda biznes və investisiya mühiti” mövzusunda təqdimatla çıxış edib, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, ixrac və investisiya imkanlarının genişləndirilməsi istiqamətində AZPROMO-nun həyata keçirdiyi tədbirlər barədə məlumat verib, bu cür görüşlərin iqtisadi əlaqələrin inkişafında rolunu qeyd edib.

Görüşdə biznes dairələrini maraqlandıran məsələlər üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.