AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Yerli məhsullarımız “3-cü Çin Beynəlxalq İdxal Sərgisi”ndə təqdim olunacaq

Noyabrın 5-10-dək Çin Xalq Respublikasının Şanxay şəhərində “Çin Beynəlxalq İdxal Sərgisi” keçiriləcək.

Sərgidə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən 20-dən çox şirkətin istehsal etdiyi məhsullar - nar şirəsi, fındıq, şərab və digər spirtli içkilər, meyvə distilyatları, mineral sular, un və qənnadı məmulatları, çay, mürəbbə, kompot, limonad, meyvə quruları və s. nümayiş olunacaq.

Sərgi çərçivəsində Azərbaycan məhsullarının ixracının artırılmasına dair müzakirələr aparılacaq, potensial müştərilərlə görüşlər keçiriləcək.