AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

“İxrac Akademiyası”na maraq böyükdür

Məlumat verildiyi kimi, Təhsil Nazirliyinin dəstəyi, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və İxracatçılar Klubunun təşkilatçılığı ilə ixracla məşğul olan kadrların “İxrac Akademiyası” təlimlərində iştirakı üçün müraciətlərin qəbuluna start verilib.

Təlim layihəsinə ixracatçı şirkətlər tərəfindən böyük maraq var. Belə ki, artıq 20-ə yaxın yerli şirkət əməkdaşlarının təlimlərdən yararlanması üçün müraciət edib.

Qeyd edək ki, layihənin məqsədi ölkənin ixrac potensialının inkişafında faydalı olan, beynəlxalq ticarət sahəsində müasir tələblərə cavab verən kadrların hazırlanmasıdır.